EN

Bakıda beynəlxalq konfrans KEÇİRİLİR

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “C6: Vahid region, ortaq gələcək strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.Bizim.Media xəbər verir ki, konfrans çərçivəsində “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi”, “Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf”, həmçinin “Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi” mövzularında panel müzakirələrinin keçirilməsi nəzərdə tutulub.

 

Tədbirdə C6 formatına üzv ölkələrin aparıcı beyin mərkəzlərini təmsil edən ekspertlər, analitiklər və tədqiqatçılar iştirak edirlər.

Konfransın məqsədi C6 çərçivəsində strateji dialoqun dərinləşdirilməsi, ortaq yanaşmaların formalaşdırılması və regionun dayanıqlı inkişafına töhfə verəcək əməkdaşlıq mexanizmlərinin təşviq edilməsidir.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
10
bizim.media

10Sources