EN

Alonsodan məşhur kluba yox cavabı

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İspaniyalı mütəxəssis Xabi Alonso Fransanın "Olimpik Marsel" klubundan aldığı baş məşqçi təklifini geri çevirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı çalışdırıcı həm irəli sürülən şərtləri, həm də komandadakı qeyri-sabit durumu qənaətbəxş hesab etməyib və bu səbəbdən təklifi qəbul etməyib.

Xatırladaq ki, "Marsel" fevralın 11-də PSJ ilə oyunda 0:5 hesablı ağır məğlubiyyətdən sonra baş məşqçi Roberto De Zerbi ilə yollarını ayırdığını açıqlamışdı.

Qeyd edək ki, Xabi Alonso yanvarın 12-də "Real Madrid" ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. Hazırda o, azad agent statusundadır.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
54
2
news.milli.az

3Sources