ain.az, Adelet.az saytına istinadən bildirir.
“Ruben Vardanyan Azərbaycan ərazisində çox sayda cinayətlər törədib. Onların arasında sülh və insanlıq əleyhinə cinayətlər, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, silahlı birləşmələrin yaradılması və maliyyələşdirilməsi kimi ağır müharibə cinayətləri də mövcuddur”.
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, ona görə də onun 20 il azadlıqdan məhrum edilməsi ən yüngül bir cəza oldu:
“Belə bir şəxsi Azərbaycan dövləti ömürlük də həbsdə saxlaya bilərdi. Amma istənilən halda 20 il də kiçik müddət deyil. Nəzərə alsaq ki, Ruben Vardanyanın yaşı bu müddətin sonuna qədər ona yaşayıb və yaşamayacağına imkan verməyə də verə bilər. Hesab edən ki, Ruben bundan sonrakı ömrünü Azərbaycan həbsxanasında başa vurmalı olacaq. Bu isə bir daha ədalət bərqərar olması, haqqın öz yerini tapması kimi dəyərləndirilməlidir”.
Vasif ƏLİHÜSEYN
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.