
Bu gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İngiltərənin "Nyukasl” klubu ilə qarşılaşacaq.
Missiya.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Məlumata görə, oyunu Norveçdən olan hakim Espen Eskos idarə edəcək.
Qeyd edək ki, “Qarabağ” və “Nyukasl” arasında cavab matçı isə fevralın 25-i Bakı vaxtı ilə saat 00:00-da “Sent Ceyms Park”-da start götürəcək.
Xatırladaq ki, "Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda "Barselona" və ya "Çelsi" ilə üz-üzə gələcək.
Daşqın HəsənovMissiya.Az