Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bu gün axşam Müqəddəs Ramazan ayının niyyət axşamıdır. 12 ayın sultanı Ramazan artıq bu axşam başlayır. Bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.
Lent.az xəbər verir ki, Niyyət axşamı Ramazan ayının başlanğıcını qarşılayan, insanın sabahdan etibarən oruc tutmaq qərarını qəlbində möhkəmləndirdiyi və bunu Allah rizası üçün etdiyini bəyan etdiyi müqəddəs gecədir. Bu axşam təkcə formal niyyət deyil, həm də daxili hazırlıq, tövbə, bağışlanma istəyi və mənəvi saflaşma anıdır.
Niyyətin mənası və əhəmiyyəti
İslamda niyyət ibadətin əsas şərtlərindən biridir. Niyyət olmadan ibadət kamil sayılmır. Oruc ibadəti də niyyətlə başlayır. İnsan qəlbində “mən sabah Allah rizası üçün Ramazan orucu tutacağam” deyə qərar verdiyi anda niyyət etmiş sayılır.
Ramazan ayı Ramazan Qurani-Kərimin nazil olduğu, mərhəmət və bağışlanma ayıdır. Bu ayın orucu isə İslamın beş əsas şərtindən biridir. Niyyət axşamı insan özünü həm fiziki, həm də ruhi baxımdan bu böyük ibadətə hazırlayır.
Niyyət axşamı nə etmək tövsiyə olunur?
Niyyət axşamı aşağıdakı əməlləri etmək gözəl sayılır:
Tövbə və istiğfar etmək
Keçmiş inciklikləri bağışlamaq
Quran oxumaq və ya dinləmək
Ailə ilə birlikdə dua etmək
Oruca səmimi və möhkəm qərarla başlamaq
Bu gecə həm də ailə bağlarının möhkəmləndiyi, uşaqlara orucun mənəvi dəyərinin izah edildiyi bir vaxtdır.
Oruc üçün niyyət necə edilir?
Niyyət dil ilə deyil, əsasən qəlb ilə edilir. Lakin dil ilə demək də olar. Məsələn:
“Niyyət etdim sabahkı Ramazan orucunu Allah rizası üçün tutmağa".
Əgər Ramazan ayının ümumi orucu üçün niyyət edilirsə, belə demək olar:
“Niyyət etdim Ramazan ayının orucunu Allah rizası üçün tutmağa".
Niyyət axşamı üçün dua
Bu dua Niyyət axşamı və Ramazan ərəfəsində oxuna bilər:
Allahım! Ramazan ayını bizə bərəkətli et. Qəlbimizi təmizlə, niyyətimizi səmimi et. Orucumuzu, namazımızı və dualarımızı qəbul buyur. Günahlarımızı bağışla, bizi doğru yoldan ayırma. Ailəmizə sağlamlıq, evimizə ruzi və qəlbimizə rahatlıq bəxş et. Bu ayı bizə mərhəmət, bağışlanma və qurtuluş ayı et. Amin.
Qısa ərəb dilində dua
“Allahummə bārik lənə fi Ramadān və ə'in-nə alə siyamihi və qiyamihi və təqabbəl minnə. İn-nəkə Əntəs-Səmiul-Alim".
Mənası:
“Allahım, Ramazanı bizə mübarək et, bizi onun orucunu və ibadətini yerinə yetirməyə müvəffəq et və bizdən qəbul buyur. Həqiqətən Sən Eşidən və Bilənsən".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.