EN

Bakıda içməli və kanalizasiya suları bir-birinə qarışdıVİDEO

Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən UPD qəsəbəsində kanalizasiya xəttində yaranan problem yaşayış evinin təhlükəli vəziyyətlə üz-üzə qalmasına səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

 

 

Qeyd olunub ki, acınacaqlı vəziyyət qəsəbənin Rəşid Bağırov küçəsində yaşanır.

"Kanalizasiya borusu partladığı üçün ev çöküb. Aidiyyəti qurumlardan isə problemi həll edən yoxdur", - deyə şikayətdə bildirilir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaranmış vəziyyətə səbəb ərazidə fərdi yaşayış evinin tullantı su kollektorunun üzərində tikilməsidir.

"Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanından keçən diametri 500 mm olan magistral su xəttinin və diametri 1200 mm olan dairəvi tullantı su kollektorunun üzərində fərdi yaşayış evi tikilib.

İstismarda olan hər iki şəbəkənin üzərində inşa edilmiş tikilinin yaratdığı izafi yüklənmə, eləcə də bu səbəbdən xətlərə vaxtlı-vaxtında texniki qulluğun göstərilməsinin mümkünsüzlüyü nəticəsində içməli su xəttində qəza baş verib. Həmçinin yaşayış evinin altından keçən kanalizasiya xətti isə daha dərində yerləşir. Ehtimal olunur ki, yüklənmə nəticəsində öncə kanalizasiya kollektoru sıradan çıxıb, daha sonra su xəttinin zədələnməsinə də səbəb olub. Daha dəqiq nəticə dərinlikdə yerləşən kollektorun vəziyyətinin tam araşdırılmasından sonra məlum olacaq.

Xüsusilə diqqətə çatdıraq ki, su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolağında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanunvericiliyə ziddir.

Baş verən vəziyyətlə əlaqədar hazırda içməli su xəttinin yeni xətlə əvəzlənməsi istiqamətində tikinti-bərpa işləri icra olunur. Görülən işlər çərçivəsində 20 fevral tarixinədək UPD - NZS qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq. Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək", - deyə məlumatda vurğulanıb.

Chosen
44
2
xezerxeber.az

3Sources