EN

Kvaratsxeliya Anrinin antirekordunu təkrarladı

PSJ-nin gürcü vingeri Xviça Kvaratsxeliya Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda "Monako"nun qapısına səkkiz zərbə endirsə də, heç biri dəqiq olmayıb. 

Fanat.Az xəbər verir ki, "Opta Sports" bununla da Çempionlar Liqasının antirekordunun təkrarlandığını açıqlayıb. 

Bundan əvvəl Tyerri Anri ÇL-də iki dəfə eyni sayda qeyri-dəqiq zərbə ilə yadda qalıb (2004-cü ildə "Çelsi"yə və 2006-cı ildə "ÇSKA Moskva"ya qarşı).

"Monako" və PSJ arasında oyun ötən gün baş tutub və parislilərin 3:2 hesablı qələbəsi ilə nəticələnib. 

PSJ və "Monako" arasında Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu fevralın 25-də keçiriləcək.

Chosen
72
1
fanat.az

2Sources