EN

İctimai yerdə namaz qılmağa İslam nə deyir?

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Son günlər sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Paylaşılan videolardan birində avtobus sürücüsünün nəqliyyat vasitəsinin içində namaz qıldığı əks olunurdu. Bu görüntülər müxtəlif reaksiyalar doğurub, ictimai məkanda dini ayinlərin icrası mövzusu yenidən gündəmə gəlib. Bu gün isə oxşar bir hadisənin canlı şahidi olduq. Şəhərin kənar hissələrindən birində bir kişinin yol kənarında, ağacların arasında namaz qılırdı. Ard-arda baş verən bu hallar ictimai məkanlarda dini ibadətin icrası ilə bağlı mövcud qaydalar, etik çərçivə və təhlükəsizlik məsələləri ətrafında suallar doğurur.Bu barədə ilahiyyatçı, hacı Mircəfər Əyyubov Demokrat.az-a açıqlama verib. O bildirib ki, namaz hər bir müsəlman üçün vacib ibadətdir:“Əgər kimsə vaxt tapıb məscidə gedə bilmirsə, namazı başqa yerdə də qıla bilər. Lakin mümkün olduğu qədər daha mədəni, sakit mühitdə və ya bunun üçün xüsusi ayrılmış yerlərdə namaz qılmaq tövsiyə olunur. Məsələn, avtobus sürücüsünün iş rejiminin çox gərgin olduğunu və vaxt qıtlığını nəzərə alsaq, ictimai asayişi pozmadan, piyadalara maneə yaratmadan yol kənarında namaz qılması şəriət baxımından problemli hesab edilmir. Əgər bu hal dövlət qanunlarına əsasən qadağandırsa, əlbəttə ki, buna yol vermək olmaz. Ümumiyyətlə, insanların haqqına girmək caiz deyil və şəriətdə buna icazə verilmir. Amma namaz insanın fərdi ibadətidir, Allahla ünsiyyətidir və vacibdir”.O deyib ki, bu məsələyə yanaşmağımız iki formada ola bilər:“Birincisi odur ki, namazın məsciddə və ya namazxanada qılınması daha məqsədəuyğundur.  Digər tərəfdən isə, əgər kimsə bilərəkdən insanların onun namaz qıldığını görməsi üçün şərait yaradırsa, bu artıq düzgün hesab edilmir. Burada bir qədər də kənardan baxanların yanaşma fərqi ortaya çıxır. Əgər söhbət namazın mədəni bir məkanda qılınmasından gedirsə, bu normal qarşılanmalıdır. Amma sadəcə namazın görüntüsü kimlərisə narahat edirsə, bu artıq namaz qılan şəxsin problemi deyil”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
49
demokrat.az

1Sources