EN

Daha bir idmançımız Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır

style='margin-bottom:10px;'>

İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi Anastasiya Papatoma mübarizəyə qoşulacaq.

17 yaşlı dağ xizəkçisi slalom növündə qüvvəsini sınayacaq. Yarışlar saat 13:00-da başlayacaq.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 bal toplayaraq 29 iştirakçı arasında sonuncu yeri tutub və yarışla vidalaşıb.

Medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 31 (14 qızıl, 8 gümüş, 9 bürünc) mükafat qazanıb. İtaliya (9 qızıl, 4 gümüş, 11 bürünc) ikinci, ABŞ (6 qızıl, 10 gümüş, 5 bürünc) üçüncüdür.

Xatırladaq ki, daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Chosen
78
4
teleqraf.com

7Sources