ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Yuventus"un tarixində ikinci dəfə avrokuboklada qapısında ən azı 5 qol görüb. Sport24.az "Opta"ya istinadən xəbər verir ki, İtaliya nəhənginin qitəmiqyaslı tunirlərdə ən azı beş qol buraxdığı yeganə matç 1958/59 mövsümündə olub.
O zaman "qoca sinyora" Kuboklar Kubokunda Avstriyanın "Viner" komandasına 0-7 hesabı ilə uduzub.
Qeyd edək ki, ötən gecə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qalatasaray" İstanbulda keçirilən qarşılaşmada "Yuventus"u 5:2 hesabı ilə məğlub edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.