EN

Nikol Paşinyan hərbi parad keçirməyə hazırlaşır

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan hakimiyyəti seçkilərdən cəmi 10 gün əvvəl - 28 mayda hərbi parad keçirməyə hazırlaşır.

Reyting.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr edilən “Hraparak” qəzeti öz mənbələrinə istinadla yazıb.

“Birinci Respublika Gününə planlaşdırılan parad, Paşinyanın hakimiyyəti dövründə müstəqil statusumuzdan xeyli uzaqlaşmağımıza baxmayaraq, açıq-aydın PR məqsədi ilə keçirilir. Aydındır ki, hakimiyyət bunun əksini sübut etmək üçün əlindən gələni edir”, - deyə qəzet qeyd edilib.

Erməni nəşrinin iddiasına görə, baş nazir Nikol Paşinyanın keçirmək istədiyi parad həm də konkret məqsədlərə yönəlib: geniş ictimaiyyəti hakimiyyətin qələbələrinə, o cümlədən Sərdarabat döyüşünü “qiymətləndirdiyinə” və Vətən naminə azadlıq mübarizəsi aparmağa hazır olduğuna inandırmaq. Parada hazırlıqlar dekabr ayında başlayıb.

“Müdafiə Nazirliyinə qadın hərbçilər də daxil olmaqla, hərbi hissələrdən müvafiq görünüşə malik əsgərləri seçmək tapşırılıb. Məşqlər artıq başlayır”, - deyə nəşr əlavə edib.

E. KAMAL

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
61
reyting.az

1Sources