EN

Töhmət alan icra başçısı gündəmdə KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyəti başçısına töhmət elan edilməsi ictimai müzakirələrə səbəb olub. Bəs töhmət hansı hallarda verilir və bu cəzanı alan şəxsi gələcəkdə nə gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Müşfiq Abbasov bildirib ki, töhmət əmək qanunvericiliyi çərçivəsində tətbiq edilən intizam tənbehidir.

Onun sözlərinə görə, töhmət yalnız işəgötürən tərəfindən işçiyə elan olunur və əmək intizamının pozulması kimi qiymətləndirilir:

“Töhmət əmək məcəlləsinin tələblərinə uyğun verilir. Bu, inzibati xəta və ya cinayət məsuliyyəti yaratmır. Sadəcə intizam pozuntusu hesab olunur və əmək münasibətləri çərçivəsində tənzimlənir.

Töhmət alan şəxs sonradan eyni nöqsanları təkrarlayarsa, daha ağır tənbeh tədbirləri tətbiq oluna bilər. Belə ki, növbəti mərhələdə şiddətli töhmət verilə, şəxs aşağı vəzifəyə keçirilə və ya hətta işdən azad edilə bilər”.

Ekspert vurğulayıb ki, töhmətin əsas məqsədi cəzalandırmaq deyil, əmək intizamını bərpa etməkdir. Lakin əməkdaş bu xəbərdarlıqdan nəticə çıxarmadıqda, işəgötürənə daha ciddi qərarlar vermək üçün tam hüquqi əsas yaranır.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
konkret.az

2Sources