EN

“Yuventus” 66 ildən sonra avrokuboklarda 5 top buraxıb

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 fevral, AZƏRTAC

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Türkiyədə “Qalatasaray” və İtaliyanın “Yuventus” komandaları arasında keçirilən matç (5:2) bir sıra statistik göstəricilərlə yadda qalıb.

AZƏRTAC Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi klub tarixində ilk dəfə bir Çempionlar Liqası matçında 5 qol vurub.

Turin klubu isə avrokuboklar tarixində ikinci dəfə bir qarşılaşmada 5 və ya daha çox top buraxıb. “Qoca sinyora” daha əvvəl 1958-1959-cu illər mövsümündə Avropa Kubokunda Avstriyanın “Vyana” komandasına 0:7 hesabı ilə məğlub olmuşdu.

“Qalatasaray”la görüşdə qonaq komandanın yarımmüdafiəçisi Työn Kopmeyners dubla imza atıb. Bununla da niderlandlı oyunçu 1992-ci ildən sonra pley-off mərhələsində bir matçda iki qol vuran ilk “Yuventus” futbolçusu kimi tarixə düşüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
80
3
azertag.az

4Sources