EN

Reflü ilə necə mübarizə aparaq?

Mədə yanması və sinədə narahatlıqla ortaya çıxan qastroezofageal reflü, mədənin içərisindəkinin yemek borusuna geri qayıtması nəticəsində yaranan geniş yayılmış həzm problemidir. Xüsusilə yeməkdən sonra və uzananda hiss edilən bu vəziyyət, yaşam keyfiyyətini aşağı sala bilər.

 

Pravda.az bildirir ki, reflü əlamətlərini azaltmaq üçün düzgün qidalanma və həyat tərzi dəyişiklikləri əsas rol oynayır. Yağlı, ədviyyatlı və asidli (turşulu) qidalardan uzaq durmaq, böyük porsiyalar əvəzinə kiçik və tez-tez yemək yemək faydalıdır.

 

Reflünü yüngülləşdirmək üçün yulaf, tam taxıllar, xiyar, brokoli və yağsız proteinlər – həzmi asanlaşdırır və mədə turşusunun geri qayıtmasını azaldır. Yeməkdən sonra ən az 2–3 saat dik vəziyyətdə qalmaq da simptomların qarşısını almağa kömək edir.

 

Həyat tərzi də önəmlidir: çəkini normada saxlamaq, siqaret və alkoqoldan uzaq durmaq, gecə yatmazdan əvvəl yemək yeməmək reflü riskini azaldır. Bundan əlavə, zəncəfil və çobanyastığı çayı kimi bitki əsaslı içkilər bəzi insanlarda rahatlama təmin edə bilər.

 

Əminə Bayramova

Tarix: 18 Fevral 2026, 12:59   
Chosen
78
pravda.az

1Sources