EN

Gürcüstanda yaşayış izni almış əcnəbilər arasında Azərbaycan vətəndaşları üçüncü yeri tutur

Statistikaya əsasən, Gürcüstanda 164 ölkənin 107 307 vətəndaşına yaşayış icazəsi verilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə miqrasiya məsələləri mövzusunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmin şəxslər arasında Azərbaycan vətəndaşları 6,3% ilə üçüncü yeri tutur.

"Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin vaxtilə Gürcüstanı tərk etmiş, hazırda Azərbaycan vətəndaşlığına malik olan və Gürcüstana qayıdanların olduğunu güman etmək olar", - Kobaxidze əlavə edib.

Baş nazir Gürcüstanda ən çox yaşayış icazəsi əldə etmiş əcnəbilərin Rusiya (32 129 nəfər) və Hindistan (23 930 nəfər) vətəndaşlarının olduğunu qeyd edib.

Chosen
45
3
apa.az

4Sources