EN

Şagirdin məktəbin pəncərəsindən yıxılması ilə bağlıAÇIQLAMA - YENİLƏNİB

Bu gün Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 11-ci sinif şagirdi pəncərədən yıxılıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən Redaktor.az-a verilən məlumata görə, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə olunması üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib. Hadisə ilə bağlı məktəblinin valideynlərinə və hüquq-mühafizə orqanlarına məlumat verilib:

"Qeyd edirik ki, xəsarət almış şagirdin vəziyyəti idarə tərəfindən nəzarətdə saxlanılır. İctimaiyyətdən aparılan araşdırmanı nəzərə alaraq məsələyə həssas yanaşılması və hadisə ilə bağlı yalnız rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur".

***

Mingəçevirdə şagird oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Redaktor.az "Unikal"a istinadla xəbər verir ki, hadisə Mingəçevir şəhər 3 saylı şəhər  orta məktəbdə baş verib. Belə ki, 2008-ci il təvəllüdlü Elmin Kasumov hələki məlum olmayan səbəbdən oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxllaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı şagird təcili xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, zərərçəkən Rusiyada doğulub.

Faktla bağlı araşdırma başlanıb.

Chosen
45
8
redaktor.az

10Sources