Pekin, 18 fevral, AZƏRTAC
Çində fişəng mağazasında baş verən partlayış nəticəsində 12 nəfər həyatını itirib.
AZƏRTAC Çin mediasına istinadla xəbər veirr ki, hadisə Hubey əyalətinin Cenci qəsəbəsində qeydə alınıb. Partlayışdan sonra güclü yanğın olub.
Hadisənin başvermə səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Çində ay təqvimi ilə qeyd olunan yeni il bayramında fişəng atmaq ənənəsi geniş yayılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin