EN

Tramp təyyarələrinin rəngindən narazıdır Bu rənglərə boyanacaqlar

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın donanmasındakı bütün təyyarələr tezliklə yeni rənglərə boyanacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə “CBS News” ABŞ Hərbi Hava Qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, təyyarələr Amerika liderinin ən sevdiyi rənglərə – tünd göy, qırmızı və qızılı rənglərə boyanacaq.

Dəyişikliklər Birinci Hava Qüvvələrinə və prezident donanmasındakı digər təyyarələrə, o cümlədən birinci xanımı və kabinet üzvlərini daşımaq üçün hazırlanmış kiçik “Boeing C-32” təyyarələrinə təsir edəcək.

Bundan əlavə, Qətərin ABŞ prezidentinə bağışladığı və təxminən 400 milyon dollar dəyərində olan “Boeing 747-8” təyyarəsi də rənglənəcək.

Telekanalın məlumatına görə, prezident təyyarəsinin mavi və ağ rənglərdən ibarət hazırkı rəng sxemi Con F. Kennedinin prezidentliyi dövrünə (1961-1963) gedib çıxır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
1
yeniavaz.com

2Sources