Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) ötən ilin sentyabr ayından yoxlamalara başlayıb.
Bəs, İTS sədri Zaur Əliyevi də Vüqar Qurbanovun taleyi gözləyirmi?
Yerli mətbuat Vüqar Qurbanovun dəyəri 250.000-300.000 manatdan baha olan 99-VJ-999 dövlət nömrə nişanlı avtomobil sürdüyünü yazıb. Məlumata görə Zaur Əliyev də keçmiş Tbilisi indiki Moskva prospektində (“Avropa” otelinin yaxınlığında) varlılara məxsus ərazidə keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qonşuluğunda, dəyəri 1.000.000-dan baha olan villa alıb və hazırda orada yaşayır.
Xatırladaq ki, Zaur Əliyevin atası Rafiq Əliyevdə uzun müddət SOCAR-da yüksək vəzifə daşıyıb. O, burada İqtisadiyyat və Maliyyə İdarəsinin rəisi olub. Hazırda yenə SOCAR-da məsul vəzifədə çalışır.