EN

Politoloq: ABŞ nin Vitse prezidentinin regiona səfərinə daha geniş aspektdən baxmaq lazımdır

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 fevral, AZƏRTAC

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Ermənistan və Azərbaycana səfərinə daha geniş aspektdən baxmaq lazımdır. Bu səfər Avrasiya materikində və xüsusilə onun mərkəzi hissəsində ciddi dəyişiklilərin olmasını əks etdirir. Azərbaycan və Mərkəzi Asiya respublikaları öz milli maraqlarına uyğun müstəqil xarici siyasətə üstünlük verirlər. Bu dövlətlər beynəlxalq siyasətin passiv müşahidəçisindən aktiv aktorlarına çevrilirlər və beynəlxalq aləmdə gündəm yaradırlar ki, bu da böyük güclərin onlarla razılaşmasını şərtləndirir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı tacikistanlı politoloq Muhammad Şamsuddinov deyib.

Onun sözlərinə görə, yeni logistika və nəqliyyat dəhlizlərinin açılması ilə bağlı ölkələr üçün geniş imkanlar yaranıb.

“Lakin inkişaf istiqamətinin seçilməsi Avrasiya ölkələrinin özlərindən asılı olacaq. Cənubi Qafqaz və Mərkəzi Asiya respublikaları inteqrasiya proseslərini sürətləndirməli və sıx inteqrasiyaya nail olmalıdırlar. Bu yaxınlaşma olmasa inkişaf perspektivləri çox dumanlı görünə bilər. Yalnız inteqrasiya prosesləri ilə Cənubi Qafqaz və Mərkəzi Asiya respublikaları yeni yaranmış imkanlardan istifadə edə bilərlər. İlk növbədə onlar regiondaxili əlaqələri yüksək səviyyəyə qaldırmalı və öz aralarında əməkdaşlıq əlaqələrini artırmalıdırlar. Yalnız bu şərtlə onlar yeni yaranan vəziyyətdən faydalana bilərlər.

İkincisi isə regionlararası əlaqələr inkişaf etməlidir. Bu məsələlərin həlli zamanı Avrasiyanın iki regionu - Cənubi Qafqaz və Mərkəzi Asiya beynəlxalq gündəmi yarada biləcəklər. Tacikistana gəlincə, qeyd etmək lazımdır ki, bu proseslər rəsmi Düşənbənin milli maraqlarına uyğundur. Lakin yenə də nəzərə çatdırım ki, bu fayda inteqrasiya proseləri həyata keçəndən sonra mümkündür. Tacikistan qonşuları ilə yanaşı Cənubi Qafqaz respublikaları ilə də qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
74
1
azertag.az

2Sources