EN

Dieta üçün tutulan oruc ibadət sayılırmı? İlahiyyatçdan AÇIQLAMA

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ramazan ayı İslamda xüsusi mənəvi əhəmiyyət daşıyır və oruc bu ayda vacib ibadət kimi yerinə yetirilir. Oruc tutmaq İslamın əsas şərtlərindən biri sayılır və bu ibadətin savabının böyük olduğu vurğulanır.

Maraqlıdır ki, bəzi insanlar namaz qılmasalar belə, Ramazanda oruc tutmağa xüsusi həssaslıq göstərirlər. 

Mövzu ilə bağlı “Azpolitika”ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib ki, oruc da, namaz da dinin fərz sayılan ibadətlərindəndir. Hər ikisi eyni hökmdə əmr edilib. Onun sözlərinə görə, yaxşı olar ki, oruc tutan şəxs namaz da qılsın.

“Üzrsüz səbəbdən namaz qılmayıb oruc tutan şəxs xəlbirlə su daşımağa cəhd edən kimidir. Bir yandan savab qazanır, digər yöndən həmin savabı itirir. Lakin üzrlü səbəbdən qılmamaq başqa məsələdir. Əslində namaz ən asan ibadətdir. Ayaq üstə qılmaq imkanı olmayan oturub qılar. Oturub qıla bilməyən uzanıb qılar. Yaxud nəqliyyatda gedərkən göz işarəsi ilə qılmaq mümkün deyil. Sadəcə bəziləri bu ibadəti çətinləşdirib, ağırlaşdırıblar. Ona görə də bəzi ağır və gərgin işdə işləyənlər, gün ərzində avtomobil idarə edənlər bu ibadəti tərk etməyə məcbur olublar. Amma namazın asanlığı bəyan olunsa insanlar bu ibadətdən çəkinməzlər” - deyə, o, bildirib.

İlahiyyatçı qeyd edib ki, hər bir halda namaz qılmadan oruc tutanları da ruhdan salmaq olmaz: “Çalışsınlar heç olmasa Ramazan ayında namaz qılmağa başlasınlar. Bəziləri də Allah rızası üçün deyil, dieta, pəhriz üçün oruc tutur. Tibbi fayda niyyəti ilə tutulan oruc ibadət sayılmaz. Çünki Ramazan orucunun ilk vacib şərtlərindən biri də məhz niyyətdir. Yəni niyyət, məqsəd sırf Allah rızası üçün olmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
1
hurriyyet.az

2Sources