Peşə təhsili pilləsi üzrə fəaliyyət göstərən 3 təhsil müəssisəsində hazırda 43 qrup üzrə tədris təşkil olunur. Müəssisələrdə 75 nəfər təhsil verən çalışır, ümumilikdə isə 685 tələbə təhsil alır.
AzEdu.az-a bu barÉ™dÉ™ Naxçıvan Muxtar Respublikası TÉ™hsil NazirliyindÉ™ 2025-ci ildÉ™ görülmüş iÅŸlÉ™rin nÉ™ticÉ™lÉ™ri, 2026-ci ildÉ™ qarşıda duran vÉ™zifÉ™lÉ™rlÉ™ baÄŸlı keçirilÉ™n kollegiya iclasında mÉ™lumat verilib.Â
Bildirilib ki, qəbul planına əsasən, 2024–2025 və 2025–2026-cı tədris illərinin hər birində 27 adda ixtisas üzrə 35 qrupda 700 plan yeri ayrılıb.
Statistik göstəricilərə görə, 2024–2025-ci tədris ilində peşə təhsili  müəssisələrinə qəbul olan tələbələrin sayı 462 nəfər (66 faiz) olduğu halda, 2025–2026-cı tədris ili üzrə bu göstərici 562-yə (80 faiz) yüksəlib. Beləliklə, tələbə qəbulunda 14 faiz artım müşahidə olunub.