EN

Xizək kurortunda QAR UÇQUNU: 10 nəfər İTKİN DÜŞDÜ

Kaliforniyada xizək kurortunda qar uçqunu: 10 nəfər itkin düşüb, 6 nəfər blokadada qalıb

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

ABŞ-ın Kaliforniya ştatında, Taxo gölü yaxınlığındakı kurort ərazisində güclü qar uçqunu baş verib. Hadisə nəticəsində 10 xizəkçi itkin düşüb, daha 6 nəfər isə blokadada qalaraq təxliyə olunmağı gözləyir.

İnsident yerli vaxtla saat 11:30 radələrində Kasl-Pik (Castle Peak) ərazisində qeydə alınıb. Məlumata görə, uçqun baş verən zaman ərazidə ümumilikdə 16 nəfərdən ibarət qrup (4 bələdçi və 12 müştəri) olub.

Xilasedicilər hadisə yerinə xüsusi texnika və qonşu kurortlardan əlavə komandalar göndəriblər. Hazırda genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına 46 fövqəladə hallar xidməti əməkdaşı cəlb edilib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
74
interpress.az

1Sources