EN

Moskvaya yarım milyon manatlıq zinət əşyaları keçirməyə çalışan azərbaycanlı qadın saxlanıldı

Rusiyanın Vnukovo hava limanında gömrük xidmətinin əməkdaşları Moskvaya 18,5 milyon rubl (təxminən 407 000 AZN) dəyərində zinət əşyaları keçirməyə çalışan 33 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidməti məlumat yayıb.

Qqeyd olunub ki, qadın Moskvaya Dubay reysi ilə gəlib. O, "yaşıl dəhliz"dən keçmək istəyəndə gömrük əməkdaşları qadının çamadanında ağ metaldan hazırlanmış beş üzük aşkar ediblər.

Ekspertiza nəticələri məmulatların orijinallığını təsdiqləyib. Zinət əşyaları 750 əyarlı qızıl və 950 əyarlı platindən hazırlanıb. Onların üzərində brilyant qaşlar olub. Zinət əşyaları qadından müsadirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
1
olaylar.az

2Sources