EN

Bakıda içməli su borusu PARTLADI VİDEO

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Bakının Binəqədi rayonu ərazisində içməli su xəttində baş verən qəza uzun müddətdir aradan qaldırılmır.

Milli.Az xəbər verir ki, söhbət Binəqədi kəndi, Gülüstan küçəsi 15 ünvanında yerləşən su borusundan gedir.

Sakinlərin sözlərinə görə, boru təxminən 10 gündür partlayıb və su fasiləsiz şəkildə küçəyə axmaqda davam edir. Axan su nəticəsində ərazi palçığa qərq olub, küçədə hərəkət həm piyadalar, həm də nəqliyyat vasitələri üçün çətinləşib.

Yerli sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, indiyədək problem həllini tapmayıb. Onlar qəzanın qısa zamanda aradan qaldırılmasını və ərazidə normal şəraitin bərpa olunmasını istəyirlər

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
news.milli.az

2Sources