Amerikanın Ohayo ştatının sakini 22 il davam edən uğursuzluqdan sonra lotereyada 3,5 milyon dollar udub.
Herbiand.az bildirir ki, bu barədə UPI nəşri xəbər verib.
Məlumata görə, Akron şəhərində yaşayan sakin lotereya rəsmilərinə 22 ildir eyni rəqəmləri yazdığını bildirib: 6, 8, 16, 20, 26, 45. O, bunu çox inadkar olduğuna görə etdiyini deyib. Bu taktika ona bəzən kiçik uduşlar qazandırsa da, fevral ayına qədər heç bir real uğur qazanmayıb.
O, alış-veriş edərkən yenə bilet alıb. Loteraya oyunu zamanı isə məlum olub ki, cekpot qazanıb və milyonçu olub. Qalib şəxs böyük planlarının olduğunu etiraf edib. İlk növbədə, yeni ev almağı və orada böyük bir idman zalı tikməyi planlaşdırır: “Bundan başqa, biz həqiqətən böyük bir hovuz qazacağıq”.
Bəxtiyar CƏFƏRLİ