EN

Qeysəriyyə əməliyyatına niyə üstünlük verilir?

“Son illər dünyada qeysəriyyə əməliyyatlarının artması geniş müzakirələrə səbəb olur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova bildirib.

Həkim qeyd edib ki, tibbi göstəriş olmadığı hallarda təbii doğuş həm ana, həm də körpə üçün daha məqsədəuyğundur:

“Təbii proses orqanizmin fizioloji xüsusiyyətlərinə uyğun şəkildə baş verir və bu, həm uşağın sağlam inkişafına, həm də ananın daha qısa müddətdə bərpa olunmasına müsbət təsir göstərir.

Doğuş təbii prosesdir və əksər hallarda əlavə cərrahi müdaxiləyə ehtiyac olmur. Təbii doğuş zamanı ana orqanizmi doğuşdan sonra daha sürətli toparlanır, əməliyyat riskləri və uzunmüddətli sağalma dövrü ilə üzləşmir”.

Chosen
65
cebheinfo.az

1Sources