EN

AB açıqladı: Müdafiə xərclərinə 800 milyard avro

Avropa Birliyinə  və onun üzv dövlətləri 2028-ci ilə qədər müdafiə xərcləri üçün 800 milyard avroya qədər vəsait ayırmağı nəzərdə tuturlar.

Azreform.info xəbər verir ki, bunu Avropa İttifaqı (AB) Şurasının sədri Antonio Kosta Brüsseldə NATO Parlament Assambleyasının Birgə Komitə iclaslarında çıxışı zamanı deyib.
Avropanın müdafiə qabiliyyətinin artırılmasının strateji əhəmiyyətini vurğulayan Kosta  bildirib ki, bu, NATO-nun da əlini gücləndirəcək. “Güclü Avropa müdafiəsinin həm də güclü NATO deməkdir”, - o vurğulayıb. 

“İstər Ukraynada, istərsə də Qrenlandiyada olsun, beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə hörmət əsasında davamlı sülhə nail olmaq üçün çalışırıq", - o vurğulayıb.

Qlobal təhdidlərin artdığı bir dövrdə Aİ-nin müdafiə xərclərinin artması məlumatlarla dəstəklənir. Aİ ölkələri 2024-cü ildə müdafiəyə 343,2 milyard avro xərcləyiblər.
Bu rəqəmin 2025-ci ildə 381 milyard avro olub. Müdafiə investisiyalarının 2028-ci il üçün müəyyən edilmiş 800 milyard avro hədəfinə uyğun olaraq artmağa davam edəcəyi proqnozlaşdırılır.

 Mürtəza

Chosen
61
2
azreform.info

3Sources