EN

Səfir və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Qlobal Bakı Forumuna hazırlığı müzakirə edib

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov görüş zamanı XIII Qlobal Bakı Forumuna hazırlığı müzakirə ediblər.

525.az-ın məlumatına görə, bu barədə səfir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"XIII Qlobal Bakı Forumuna hazırlığı, həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü fonunda həmrəyliyin, beynəlxalq hüququn və ədalətli sülhün bərpasının əhəmiyyətini müzakirə etdik", - paylaşımda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
60
2
525.az

3Sources