EN

İrevanın mərkəzində ATIŞMA: HƏLAK OLAN VAR

Ajans.az NEWS.am-ə istinadən xəbər verir ki, hadisə nəticəsində yeddi nəfər xəstəxanaya aparılıb. Onlardan biri ölüb, ikisi ağır vəziyyətdədir, qalanları isə əməliyyat olunur. Əvvəlki məlumatlarda silahlı insident barədə xəbərlər yayılmış və sosial mediada yayılan görüntüdə bir qrup insanın bir-birinə atəş açdığı, hadisə yerindən yaralıların aparıldığı görünür. Ermenistan Daxili İşlər Nazirliyi bildirib ki, polis əməkdaşları hadisənin bütün hallarını araşdırmaq və təfərrüatları müəyyən etmək üçün təcili istintaq tədbirləri görürlər.
Chosen
36
Ajans.az

1Sources