EN

Bakıda bir adamın 3 4 maşını var Parkinqlərdə yer tapılmır (VİDEO)

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Sosial şəbəkələrdə yayılan videoların birində Bakı sakinlərindən biri çoxmərtəbəli binadakı parkinq şəraitini göstərib. Videodakı sakin bildirir ki, o bir dəfə boş yer tapanda 3-5 gün ərzində evdən çıxmır. Görüntülərdən parkinqin çox səliqəsiz olduğu və avtomobillərin hər kəsin öz qaydasına görə saxlandığı açıq-aydın görünür. Bu, ölkəmizdə ciddi və aktual problem olaraq qalır.Nəqliyyat eksperti Yasin Mustafayev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, böyük şəhərlərdə yaşamaq həm imkanlar, həm də çətinliklərlə yaradır:“Xüsusilə tıxac və parkinq məsələsi gündəlik həyatın əsas problemlərindəndir. Avtomobil alan hər bir şəxs bilməlidir ki, dövlət ona mütləq park yeri təmin etmir və bu məsələ daha çox fərdin öz məsuliyyətidir, yəni avtomobilin saxlanması əvvəlcədən planlaşdırılmalıdır. Son illərdə binalarda məskunlaşma kəskin artıb, bir çox ailələrin iki, hətta üç avtomobili var, lakin tikinti zamanı nəzərdə tutulmuş qaraj və parkinq yerləri bu say üçün kifayət etmir, nəticədə həyətlərdə və küçə kənarlarında xaotik vəziyyət yaranır. Ev alarkən və ya yeni ünvana köçərkən avtomobilin harada saxlanacağı mütləq nəzərə alınmalı, seçilən ərazidə parkinq imkanlarının olub-olmaması əvvəlcədən araşdırılmalıdır”.O deyib ki, iş yerinə və övladların məktəbinə yaxınlıq da məkan seçimində vacibdir, həmçinin parkinq imkanları həyat keyfiyyətinə birbaşa təsir göstərir:“Şəhərin sıx və iç-içə tikilmiş hissələrindən mənzil alıb, sonra parkinq çatışmazlığından şikayət etmək düzgün deyil, çünki bu tip ərazilərdə yer məhdudiyyəti qaçılmazdır. Ona görə də seçim edərkən mövcud reallıq nəzərə alınmalı, qərarlar emosional deyil, planlı və düşünülmüş şəkildə verilməlidir. Parkinq problemi təkcə infrastruktur məsələsi deyil, həm də fərdi məsuliyyət məsələsidir və hər kəs avtomobilinin saxlanması ilə bağlı mövcud reallığı nəzərə almalıdır”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
86
demokrat.az

1Sources