EN

Rayon rəhbəri tənha yaşayan qadını evində ziyarət edərək sosial vəziyyəti ilə tanış olmuşdur » AzadMedia.az


Masallı rayon Öncəqala ərazisinin Hüseynhacılı kəndində keçirilən vətəndaş qəbulu zamanı tənha yaşayan kənd sakini Cahangirova Markizə Qulam qızı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova fərdi qaydada qəbul olunmaqla bağlı müraciət etmişdir.

Müraciət diqqətə alınaraq qəbul başa çatdıqdan sonra Masallı RİH-nin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, ərazi nümayəndəsi, bələdiyyə sədri, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə vətəndaşın yaşadığı ünvana baxış keçirilmişdir.

Yerində keçirilən görüş zamanı vətəndaşın yaşayış və məişət şəraiti ilə tanış olunmuş, səhhəti, sosial vəziyyəti və gündəlik ehtiyacları dinlənilmişdir.
Qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, görüləcək işlərin icrası nəzarətə götürülmüşdür.
Chosen
51
1
azadmedia.az

2Sources