A Seriyasının Hakimlər Komitəsi hakimin səhvini etiraf etsə də, Pyer Kalulunun cəzası qüvvədə qalıb.
"Football-plus.az" xəbər verir ki, “Yuventus”un müdafiəçisi ötən turun “İnter” ilə oyununda ikinci xəbərdarlığa görə meydandan qovulmuşdu. Hakimlər Komitəsinin sədri Canluka Rokki həmin epizodda Federiko La Pennanın ikinci sarı vərəqəni səhv göstərildiyini bildirərək rəsmən üzr istəmişdi. Lakin reqlamentə uyğun olaraq hakim qərarı protokolda qeyd edildiyi üçün ləğv olunmayıb və oyunçuya 1 oyunluq cəza tətbiq olunub.
Kalulu fevralın 21-də “Komo” ilə keçiriləcək çempionat matçında komandasına kömək edə bilməyəcək.