Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İran-ABŞ gərginliyinin azalması fonunda qızılın qiymətində nəzərəçarpacaq düşüş müşahidə olunur. Bu vəziyyət göstərir ki, diplomatik yumşalma qlobal xammal bazarlarına birbaşa təsir göstərə bilər. Ekspertlər bildirirlər ki, belə vəziyyət investorların risk iştahını dəyişir və qızıl, neft, gümüş kimi aktivlərin qiymətinin formalaşmasına təsir edir.İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, dünya bazarları gərginliyə həssas reaksiya verir: "Gərginlik azalanda qiymətlər düşür, gərginlik artanda isə yüksəlir. Hazırda diplomatik danışıqların intensivləşməsi ilə bağlı xəbərlər artıb və növbəti raundun önümüzdəki həftələrdə baş tutması gözlənilir. Bu səbəbdən qızıl, gümüş və neftin qiymətində ucuzlaşma müşahidə olunur".Ekspert vurğulayıb ki, qızıl dünya bazarlarında xüsusilə həssasdır, çünki investorlar üçün güvənli liman rolunu oynayır. "Gərginlik artan kimi investorlar vəsaitlərinin böyük bir qismini qızıla çevirir. Eyni zamanda, dünya ölkələri mərkəzi banklar vasitəsilə qızıl alımını artırır. Azərbaycan da indiki vəziyyətdə daha çox qızıl alır ki, bu da doğru taktika hesab olunur", - o bildirib. Qeyd edək ki, diplomatik gərginliyin yumşalması qızıl və digər qiymətli metallara təsir göstərir və bazar iştirakçıları bu prosesləri diqqətlə izləməlidir.Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.