EN

"Neftçi", "Kəpəz" və "Sumqayıt" cəzalandırıldı: 26 min manat...

Misli Premyer Liqasında çıxış edən "Kəpəz", "Neftçi" və "Sumqayıt" klubları cəzalandırılıblar.

Publika.az xəbər verir ki, müvafiq qərar AFFA İntizam Komitəsinin son iclasında verilib.

Misli Premyer Liqasının XX turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" görüşündə qeydə alınan qayda pozuntuları tərəflərin büdcəsinə ziyan vurub. Gəncə təmsilçisinin oyunçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna yol verərək birbaşa qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 2 matçlıq diskvalifikasiya edilib, klub isə buna görə 1 000 manat ödəyəcək.

Həmin qarşılaşmada "Kəpəz" tərəfdarlarının rəqibin ünvanına kütləvi təhqirlər səsləndirməsi cari mövsümdə dördüncü dəfə baş verdiyindən, klub əlavə olaraq 8 000 manat cərimə olunub. Analoji hal "Neftçi"də də yaşanıb və paytaxt təmsilçisi də azarkeşlərinin işlətdiyi təhqiramiz ifadələrə görə 8 000 manat məbləğində cərimələnib.

Chosen
61
6
publika.az

7Sources