EN

Slovakiyada fövqəladə vəziyyət elan edilib

Slovakiya hökuməti neft sektorunda fövqəladə vəziyyət elan edib. Yerli "Pravda" xəbər portalının məlumatına görə, bu, Ukraynadakı hadisələr səbəbindən "Drujba" boru kəməri ilə Rusiya neftinin tədarükünün müvəqqəti dayandırılması ilə əlaqədardır .

QHT.az xəbər verir ki, Slovakiyanın yeganə neft emalı zavodunu idarə edən Slovnaft, təxminən bir aylıq fəaliyyət üçün kifayət qədər 250.000 tona qədər neft alacaq. Slovakiyanın təxminən 90 günə kifayət qədər xam neft və neft məhsulları strateji ehtiyatları var və ümumilikdə 816 min ton təşkil edir.
 
R.İmanov
Chosen
44
qht.az

1Sources