EN

“Yerli əhali mehribandı, o qədər mədəniyyətlidi ki...” – arağın qiyməti “Nyukasl” azarkeşlərini şoka salıb

Hazırda şəhərin mərkəzində az qala hər addımda bir ingilis görmək olar. Əllərində pivə, əylənirlər, deyib-gülürlər.

“Nyukasl” azarkeşləri mövcud durum, Bakı haqda “Daily Mail Sport” qəzetinə danışıblar. “Football-plus.az” həmin qəzetdə yazılanlardan bəzi məqamları təqdim edir.

Komandasını Avropada izləmək əksər futbol azarkeşləri üçün zirvədi - lakin qitə turu ilə ən çox əlaqələndirilən yerlər Madrid, Milan və Münhendi. “Nyukasl” azarkeşləri bu həftə sədləri
aşaraq Çempionlar Liqasının pley-off mərhələsiin "Qarabağ"la oyunu üçün Azərbaycanın paytaxtı Bakıya qədər 2529 mil (4070 km) məsafə qət edib. “Daily Mail Sport” “Nyukasl” azarkeşləri ilə əlaqə saxlayıb (təxminən 2000 nəfərin ziyarətə gedəcəyi gözlənilir). Onlar səyahətin dadını çıxarır.

David Harnett bizi xəbərdar etdikdə ətrafındakılar xırıltılı səs çıxarır, çünki onun qrupu tezliklə başqa bir bara köçəcək. "Burda söhbət etməyə çox vaxt yoxdu, dostum", - deyə o, “Xırdalan” pivəsindən qurtum-qurtum içərək bildirir.

"Bakı fantastikdi. Hamı mehribandı. Mançesterə qatarla, sonra İstanbula, daha sonra isə Bakıya təyyarə ilə getdik. Səhər saat 4-də gəldik, bir neçə saat yatdıq və pivə içdik!Bu, indiyə qədər (bir oyun üçün) getdiyim ən uzaq məsafədi. 2013-cü ildə Ukraynaya getdim (Avropa Liqasında “Metallist” üzərində 1:0 hesablı qələbə üçün – red.), sonra isə hava partlamağa başladı. Bakı gözəl yerdi, təmizdi, çoxlu “Nyukasl” azarkeşi var, hər pab doludu”.

Tom Conston açıq danışır:

“Bura möhtəşəm şəhərdi. Məni nəyin gözlədimi bilmirdim, amma yerli əhali mehribandı, o qədər mədəniyyətlidi ki... 1,50 funt sterlinqə araqlar və 2,50 funt sterlinqə yeyəcək şeylər! Amma bir neçə şort gətirməliydim, hava 16 dərəcədi. Nədənsə donacağını düşünürdüm. Özümü tam təhlükəsiz hiss edirəm, yerli sakinlər şəhərlərini göstərməkdən qürur duyurlar”.

MÜZƏFFƏR QULUZADƏ
Chosen
111
1
football-plus.az

2Sources