EN

Leon Qoretzka karyerasını İngiltərədə davam etdirə bilər

"Arsenal" rəhbərliyi "Bayern Münhen"in ulduz yarımmüdafiəçisi Leon Qoretzkanı yay transfer pəncərəsində azad agent kimi heyətinə qatmaq üçün rəqiblərini geridə qoyub.

Fanat.Az xəbər verir ki, müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq 31 yaşlı futbolçu üçün "topçular" artıq rəsmi danışıqlara başlayıb və hazırda bu yarışda favorit hesab olunurlar.

Alman ulduzun karyerasını Premyer Liqada davam etdirmək istəyi "Tottenhem" və "Atletiko Madrid" kimi klubların təkliflərini ikinci plana keçirib. Mikel Artetanın xüsusi olaraq istədiyi təcrübəli oyunçunun gəlişi ilə londonluların orta sahədəki fiziki gücünün və liderlik keyfiyyətinin artacağı gözlənilir.

"Bavariya" tərəfi artıq rəsmən təsdiqləyib ki, səkkiz illik uğurlu fəaliyyətdən sonra Qoretzka ilə yeni müqavilə imzalanmayacaq və o, mövsüm sonunda komandadan ayrılacaq.

Chosen
47
1
fanat.az

2Sources