GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev TRIPP nəqliyyat layihəsinin region üçün strateji əhəmiyyət daşıdığını bildirib.
Globalinfo.az xəbər verir ki, səfir bu barədə “RTVI”yə müsahibəsində danışıb. O qeyd edib ki, layihənin həyata keçirilməsi Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarını daha da genişləndirəcək.
Onun sözlərinə görə, TRIPP Rusiyaya Naxçıvan vasitəsilə birbaşa dəmir yolu əlaqəsi yaratmaq imkanı verəcək. Eyni zamanda, Türkiyə üzərindən Aralıq dənizinə, İran üzərindən isə Fars körfəzinə çıxış imkanları formalaşacaq.
Rəhman Mustafayev vurğulayıb ki, bu təşəbbüs təkcə Azərbaycan üçün deyil, iştirakçı və tərəfdaş ölkələr üçün də iqtisadi və logistik baxımdan yeni perspektivlər açır.
Səfir həmçinin Azərbaycan–Amerika Strateji Tərəfdaşlıq Xartiyasına toxunaraq bildirib ki, sənəd regionda sabitlik və əməkdaşlıq mühitinin güclənməsinə xidmət edir. Onun fikrincə, bu çərçivədə həyata keçirilən əməkdaşlıq layihələri Rusiya da daxil olmaqla, Cənubi Qafqazın bütün ölkələrinə birbaşa fayda verir.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.