EN

Bu rayonun 4 kəndi işıqsız qalacaq

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fevralın 19-da Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq “Bambaşı” yarımstansiyasından çıxan 10 kV-luq 8 saylı hava xəttində təmir işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək rayonun Alaşa, Yeyənkənd, Yolağac, Zuvand kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə əlavə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
6
qafqazinfo.az

10Sources