"Nyukasl" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ı məğlub etdi - 6:1.
"Football-plus.az" xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Hau oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Buraxdığınız qol haqda nə deyə bilərsiz?
- Qapıçı buna görə kədərləndi. Müəyyən boşluq buraxdıq. Bu çatışmazlıqları aradan qaldırmalıyıq.
- Penalti epizodlarıyla bağlı nə deyə bilərsiz?
- Bu haqda ancaq epizodları incələdikdən sonra danışa bilərik.
- Komanda çox yaxşı səfər oyunu keçirdi. Azarkeşlərlə birlikdə...
- İstər ev, istərsə də səfər oyununda azarkeşlərimizin dəstəyini hiss edirik. Onlarla çox yaxşı anlarımız olub.
- Qordon çoxlu qol vurdu. Statistikasını yaxşılaşdırdı. Belə qələbələr çox vacibdi. Rəqibə inanılmaz təzyiq göstərdiz. Çoxlu hücumlar etdiz. Bunu necə qiymətləndirirsiz?
- Bunu ancaq müsbət qiymətləndirə bilərik. "Qarabağ" əvvəl "Çelsi"yə.qarşı oynayıb. Bu komanda həmin oyunda çox yaxşı çıxış etmişdi. Başqa futbolçularımız da ümidlidi ki, cavab matçında meydana çıxsınlar.
- Taktikanız haqda düşüncələriniz necədi?
- 4-3-3 sistemiylə oynadıq. Bəzi futbolçuları orta sahəyə çəkdik. Bu cür davam edəcəyik. Komandamıza inanırıq. Biz ən yaxşılardanıq. Əhval-ruhiyyəmiz yüksəkdi. Mütəmadi bu səviyyədə oyunlar keçirməliyik. Tempi belə saxlamaq istəyirik. Sabitlik, bu cür oyun nümayiş etdirmək çox vacibdi.
- Futbolçuların mövqeyiylə bağlı dəyişikliklər var idi.
- Bəli, dəyişikliklər var idi. İstədik ki, başqa gedişləri də yoxlayaq.
- İkinci hissədə birinci yarıdakı performansı sərgiləyə bilməməyinizin səbəbi nə idi? "Qarabağ"ın təzyiqi, yoxsa yorğunluq?
- Deyərdim ki, ikisinin qarışığı... Həm "Qarabağ" topla daha çox vaxt keçirdi, həm də yorğunluq var idi.
- Püşkdə bəxtinizin gətirdiyini düşünürsüzmü? Asanlıqla qələbə qazandız.
- Yox, belə düşünmürəm. "Qarabağ" çox keyfiyyətli komandadı. Qalib gəldik, lakin "Qarabağ" zəif deyil.
KƏNAN BAHADIR