EN

İran ABŞ ilə genişmiqyaslı müharibəyə hazırlaşır – “Wall Street Journal”

İran ABŞ ilə genişmiqyaslı müharibəyə hazırlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.

Məlumata görə, İran rəsmi şəkildə ABŞ ilə mümkün hərbi münaqişəyə hazırlıq prosesinə başlayıb. Bu çərçivədə bir neçə istiqamətdə hərbi hərəkətlilik qeydə alınır:

İran dünya neft tədarükünün əsas arteriyası sayılan Hürmüz boğazı bölgəsində hərbi qruplaşmasını gücləndirir.

Tehranın əlində ABŞ donanmasına və kommersiya gəmiçiliyinə ciddi təhlükə yarada biləcək böyük həcmdə gəmiəleyhinə raketlər və sürətli katerlər ehtiyatı mövcuddur.

Həmçinin ballistik raketlərin buraxılış infrastrukturu bərpa edilir və mobil qurğuların hava zərbələrinə qarşı davamlılığını artırmaq üçün onlar müxtəlif ərazilərə səpələnir.

Bundan əlavə, İran “mozaik müdafiə” konsepsiyasına — mərkəzsizləşdirilmiş komandanlıq sisteminə qayıdır. Bu sistem ölkənin ali hərbi və siyasi rəhbərliyinə zərbələr endirildiyi təqdirdə belə, müqaviməti davam etdirməyə imkan verir.

Eyni zamanda İsfahanda və Pikaks dağı yaxınlığındakı nüvə obyektləri Hava Hücumundan Müdafiə (HHM) vasitələri ilə daha da gücləndirilir.

Nəşrin qiymətləndirməsinə görə, faktiki olaraq İran məhdud zərbə mübadiləsinə deyil, daha genişmiqyaslı və uzunmüddətli qarşıdurma ssenarisinə hazırlaşır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
86
1
interpress.az

2Sources