EN

Qurban Qurbanov: Əfsuslar olsun ki, bu formada məğlub olduq

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Əfsuslar olsun ki, bu formada məğlub olduq".

Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyunundan sonra mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, bu, böyük futboldur və istənilən oyunda belə nəticə ola bilər:

"UEFA Çempionlar Liqası böyük turnirdir. Burada belə məğlubiyyətlər qaçılmazdır. "Nyukasl Yunayted" həm sürətli futbol oynayan, həm rəqib qapısına tez yaxınlaşa bilən rəqib idi. Onlar texniki və fiziki cəhətdən oyuna çox hazırlıqlı idilər. Böyük futbolun nə olduğunu həm burada, həm "Liverpul"da hiss etdik".

"Bütün bunlara baxmayaraq, ruhdan düşmək olmaz. Deyə bilərəm ki, bu il Azərbaycan futbolu daha da populyarlaşdı. Ən azından azarkeşlərimiz fevral ayına qədər Çempionlar Liqası oyunlarına şahid oldular", - deyə baş məşqçi yekunlaşdırıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyunu 1:6 hesabı ilə bitib.

Murad Nəsimi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
12
oxu.az

10Sources