Bakı. Trend:
La Liqada ayın ən yaxşı baş məşqçisi mükafatına namizədləraçıqlanıb.
Trend xəbər verir ki,fevralın yekunlarına görə mükafatı qazana bilən 3 məşqçi bəlliolub:
– Alvaro Arbeloa ("Real") – 3 oyun, 3 qələbə;
– Jose Bordalas ("Xetafe") – 3 oyun, 2 qələbə və 1 heç-heçə;
– Manuel Pelleqrini ("Betis") – 3 oyun, 3 qələbə.