EN

ABŞ bütün qoşunlarını Suriyadan çıxarır

ABŞ bütün qoşunlarını Suriyadan çıxarır

Amerika Birləşmiş Ştatları Suriyada qalan bütün hərbi qulluqçularını ölkədən çıxarmağa başlayıb.

AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Vaşinqton hazırda ərəb respublikasında qalan təxminən 1000 nəfərlik hərbi kontingentin çıxarılması prosesini həyata keçirir. Bu prosesin təxminən iki ay davam edəcəyi gözlənilir. Qeyd olunur ki, bu qərar ABŞ və İran arasındakı gərginliyin artması ilə əlaqədar deyil.

Məlumata əsasən, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) fevral ayının əvvəlində Suriyanın cənubundakı strateji "Et-Tanf" bazasından qoşunların nizamlı şəkildə çıxarılmasını artıq başa çatdırıb. Həmçinin ölkənin şimal-şərqindəki "Əş-Şəddadi" bazasının da boşaldıldığı bildirilir.

Mütəxəssislər bu addımı ABŞ-ın regiondakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirməsi və rəsmi Dəməşqlə münasibətlərdə yeni mərhələyə keçid kimi qiymətləndirirlər. Ağ Ev administrasiyası bu qərarı Suriya Demokratik Qüvvələrinin (SDF) dövlət strukturlarına inteqrasiya olunması və İŞİD-lə mübarizə missiyasının faktiki olaraq başa çatması ilə əsaslandırır.

Chosen
49
afn.az

1Sources