EN

73 yaşlı sinqapurlu qadın qara kəmər qazanıb və aykido dərsləri keçir

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yetmiş üç yaşlı sinqapurlu Lili Çan aykido üzrə qara kəmər sahibidir və hazırda məktəbdə özünümüdafiə dərsləri keçir. O, döyüş sənəti ilə məşğul olmağa 60 yaşından sonra başlayıb və artıq on ildir ki, bu sahədə fəaliyyətini davam etdirir.

Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Lili Çanın uşaqlıqdan dizlərində problemlər olub. Yaşlandıqca isə onda diabet və sümüklərin kövrəkləşməsinə səbəb olan osteoporoz kimi xəstəliklər inkişaf edib. Məlumata görə, Lili Çana 50 yaşında olanda ciddi diaqnozlar qoyulsa da, o, iradəsini itirməyib.

Lili Çan və həyat yoldaşı Patrik Çanın dörd övladı var: Şeymus (39), Şon (35), Cona (34) və Enox (33). Patrik xanımından altı yaş kiçikdir. Övladlarından Şon və Enox Daun sindromu ilə doğulublar. Enoxun ürəyində yaranan problem səbəbindən keçirdiyi əməliyyat zamanı traxeyası zədələnib və o, on yaşından sonra danışmaq qabiliyyətini itirib. Digər oğulları Cona isə vaxtından əvvəl - hamiləliyin altıncı ayında dünyaya gəlib.

Lili Çan 14 il rəsm müəllimi kimi çalışdıqdan sonra, 38 yaşında uşaqlarına baxmaq üçün işindən ayrılmalı olub. Polis müstəntiqi olan əri Patrik də övladının tez-tez xəstəxanaya yerləşdirilməsi səbəbindən karyerasını dəyişərək əczaçılıq şirkətində işə düzəlib.

Aykidoya ilk olaraq ailənin böyük oğlu Şeymus və ata Patrik maraq göstəriblər. Onlar 2006-cı ildən bu sənəti öyrənməyə başlayıb, 2014-cü ildə isə öz məktəblərini açıblar. Lili Çan əvvəlcə onlara məşq zalında kömək edib, şagirdlərin sayının artması ilə isə özü də sadə texnikaları öyrənməyə başlayıb.

Lili Çan etiraf edir ki, aykido onun üçün asan olmayıb. Məsələn, sadə bir geri yıxılma fəndini mənimsəmək üçün ona üç ay, əsas irəli atış texnikası üçün isə bir il yarım vaxt lazım olub. Lakin məşqlər onun sağlamlığına möcüzəvi şəkildə təsir edib: iki illik məşqdən sonra o, osteoporoz dərmanlarını qəbul etməyi dayandırıb.

Hazırda Lili Çan uşaqlara və xüsusi qayğıya ehtiyacı olan insanlara aykido dərsləri keçir, onlara daxili gücün əhəmiyyətini aşılayır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
oxu.az

1Sources