EN

"Azadlıq prospekti" stansiyasında qatarda nasazlıq yaranıb

Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyi üçün sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Bu barədə "Unikal"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Belə ki, dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb.

Məhz buna görə də "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.

Chosen
59
10
unikal.az

10Sources