EN

Fransada 1,2 milyon bank hesabına qanunsuz giriş edildi

Müəllif:Mehin Qasımova,Banco.az

Fransada 1,2 milyon bank hesabına qanunsuz giriş edilib.

Banco.az xəbər verir ki, bu barədə Fransa İqtisadiyyat Nazirliyi məlumat yayıb

 Bildirilib ki, yanvar ayının sonundan bəri milli bank hesabı bazasına "qanunsuz girişi" nəticəsində təxminən 1,2 milyon hesab haqqında məlumata çıxış əldə edilib.

Bəyanatda deyilir ki, Dövlət Maliyyəsi Baş İdarəsi (DGFiP) tərəfindən aparılan araşdırmalar nəticəsində pozuntunun verilənlər bazasına girişi olan dövlət məmurunun şəxsi məlumatlarının oğurlanması nəticəsində baş verdiyi müəyyən edilib. Bu girişlər zamanı hesab sahiblərinin şəxsi məlumatları, ünvanları və vergi nömrələri kimi şəxsi məlumatlara baxıldığı bildirilib.

Səlahiyyətli şəxslər bildiriblər ki, təsirlənmiş hesab sahibləri məlumatlandırılacaq və oxşar pozuntuların qarşısını almaq və təhlükəsizlik infrastrukturunu gücləndirmək üçün lazımi tədbirlər görüləcək.

Chosen
71
1
banco.az

2Sources