EN

Bakıda “Neokolonializm və Qlobal Bərabərsizlik” mövzusunda beynəlxalq konfrans keçirilir (FOTO)

Bakı.Trend:

Bakıda “Neokolonializm və Qlobal Bərabərsizlik” mövzusundabeynəlxalq konfrans keçirilir.

Trend xəbərverir ki, konfrans Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baştutur.

Konfransda ilk dəfə olaraq müstəmləkə ərazilərinin yerli əhalisiilə birbaşa yerində işləyən antropoloqlar və psixoterapevtlər,müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin yaradılmasındaiştirak etmiş ekspertlər, eləcə də həmin ərazilərdə fəaliyyətgöstərən müstəqillik hərəkatlarının rəhbər şəxsləri, həmçininneokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar iştirakedirlər.

Tədbir çərçivəsində müxtəlif sosial və mədəni kontekstlərdəmüstəmləkəyə məruz qalmış xalqların travmatik və sosialtəcrübələri, müstəmləkə güclərininqanunsuz fəaliyyətindənqaynaqlanan struktur problemlər və davam edən bərabərsizlikhallarının birbaşa öyrənilməsi, eləcə də bu təcrübələrinsənədləşdirilməsi, təhlili və beynəlxalq müstəviyəçıxarılması üçünməlumatlara əlçatanlığın təmin olunması məsələləri ətrafındamüzakirələr aparılacaq.

Qeyd edək ki, dünən müstəmləkəçiliyi qlobal səviyyədə əksetdirən dünyada ilk Virtual Muzeyin təqdimatı keçirilib. BakıTəşəbbüs Qrupu tərəfindən yaradılan Virtual Muzey dünyadamüstəmləkəçiliyə və onun yeni təzahürlərinə həsr edilən ilk virtualplatforma olacaq.

Xəbər yenilənəcək

Chosen
43
14
az.trend.az

4Sources