EN

ABŞ qoşunları Suriyadan tamamilə çıxacaq

ABŞ administrasiyası yaxın iki ay ərzində bütün qoşunlarını Suriyadan çıxarmaq niyyətindədir.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Kanalın məlumatına görə, təxminən 1000 amerikalı əsgər Suriyanı tərk edəcək ki, bu da ABŞ ordusunun ölkədə təxminən on illik mövcudluğunun sonu deməkdir.

Qeyd edək ki, bu il qoşunlar artıq cənubdakı Əl-Tanf bazasından və Suriyanın şimal-şərqindəki Əl-Şəddadi bölgəsindən geri çəkilib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
47
missiya.az

1Sources